Malayziya təyyarəsinin qəzaya uğradığı yerdən 22 cəsəd tapılıb

2 Yanvar 2015 15:51
Malayziyanın "Air Asia" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdən 22 cəsəd tapılıb.
 
APA-nın məlumatına görə, bu barədə yerli "Channel News Asia" telekanalı xəbər verir.
 
Məlumatda bildirilir ki, artıq cəsədlərdən dördünün kimliyi məlum olub. Onların hamısı İndoneziya vətəndaşıdır. Cəsədlərdən biri uşaq, digəri isə stüardessadır.
 
Yerli mətbuatın yazdığına görə, stüardessanın cəsədi Sumatra adasında yerləşən evinə yola salınacaq. Dəfn mərasimində "Air Asia" şirkətinin baş direktoru Toni Fernandes şəxsən iştirak edəcək.

Milli.Az