Porsche-nin bu modelinin qiyməti 670 faiz qalxdı - FOTO

2 Yanvar 2015 23:01
Belə bir fikir var ki, avtomobillərə sərmayə qoymaq o qədər də sərfəli deyil. Milli.Az 4charx.com-a istinadən bildirir ki, adi avtomobillər ildən-ilə ancaq ucuzlaşırlar, amma Porsche 911 2.7 RS kimilərinə bu aid deyil.

The Telegraf dərgisinin yazdığına görə, alman idman avtomobilinin qiyməti son 10 ildə inanılmaz dərəcədə - 669 faiz artıb. 2004-cü ildə yaxşı vəziyyətdə olan Porsche 911 2.7 RS üçün təxminən 65 000 funt sterlinq (101 000 ABŞ dolları) tələb edirdilər, hazırda isə bu maşının qiyməti 500 000 funtdan (777 000 ABŞ dollarından) çoxdur.

Hətta elə nümunələr var ki, hazırda qiyməti 1 milyon funta çatır. Məsələn, 2014-cü ilin əvvəlində dünyada çox nadir avtomobillərdən hesab edilən Lightweight RS 900000 funt sterlinqə (1,4 milyon ABŞ dolları) satılmışdı. 1980-ci ildə isə həmin avtomobil sahibi 9 000 funt sterlinqə (14 000 dollara) almışdı.

Böyütmək üçün şəkillərə klikləyin.



Milli.Az