Türkiyə Kubokunun qrup mərhələsinin IV turunda növbəti oyunlar keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 1 görüşün - "Əskişəhərspor" - "Balcova Yasamspor" matçının təxirə salındığı gün azarkeşlər 2 qarşılaşma izləyiblər.
Digər Superliqa klubu "Trabzonspor" isə səfərdə millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"la qarşılaşıb. Matçda Qara dəniz təmsilçisi 0:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, serb əsilli Subaşiç meydana start heyətdə çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Türkiyə kuboku
Qrup mərhələsi, IV tur
B qrupu
"Manisaspor" - "Trabzonspor" - 0:2
1. | Trabzonspor | 4 | 2 | 2 | 0 | 12:1 | 8 |
2. | Akhisar | 4 | 1 | 2 | 1 | 5:5 | 5 |
3. | Keçiorengücü | 4 | 1 | 2 | 1 | 4:4 | 5 |
4. | Manisaspor | 4 | 1 | 0 | 3 | 3:14 | 3 |
C qrupu
"Mersin İdmanyurdu" - "Karagümrük" - 3:0
1. | Mersin İdmanyurdu | 4 | 2 | 1 | 1 | 7:3 | 7 |
2. | Karagümrük | 4 | 2 | 1 | 1 | 3:4 | 7 |
3. | Bursaspor | 4 | 1 | 3 | 0 | 6:5 | 6 |
4. | Samsunspor | 4 | 0 | 1 | 3 | 4:8 | 1 |
Milli.Az