Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusu təbrik edib
31 Dekabr 2014 18:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu ünvanlayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Milli.Az