Elnur Hüseynov "O səs Türkiyə"nin növbəti mərhələsində - VİDEO

31 Dekabr 2014 01:15
"O səs Türkiyə"dəki çıxışıyla Azərbaycan və Türkiyənin gündəminə düşən Elnur Hüseynov yarışmanın duelində səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ebru Gündeşin komandasında yarışan Elnur Ümid Ortaç adlı yarışmaçıyla "Stayin alive" (Bee Gees) mahnısınıı ifa edib. Onlar mahnını aparıcı Acunun istəyi ilə ikinci dəfə oxuyublar.

Çıxışıyla növbəti dəfə münsifləri heyran qoyan həmyerlimiz Ebrunun seçimiylə duelin qalibi olub.

Qeyd edək ki, Türkiyənin TV8 telekanalında Acun İlicalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar AlansonÖzkan Uğur oturur.

Milli.Az