Daha bir təyyarə 159 sərnişinin həyatıyla oynadı
30 Dekabr 2014 19:52
İndoneziyada "AirAsia" şirkətinə məxsus təyyarənin dənizə düşməsindən sonra daha bir təyyarə şoku yaşanıb.
Anspress-in məlumatına görə, eyni şirkətə məxsus "AirAsia Zest" aid bir sərnişin təyyarəsi Filippinin cənubundakı bir hava limanına enən zaman qəza keçirib.
Filippin Mülki Aviasiya Təşkilatının mətbuat xidmətinin rəhbəri Erik Apolonio bildirib ki, "Airbus 320-200" tipli təyyarənin paytaxt Manilanın 350 kilometr cənubundakı Kalibo şəhərində olan aerodroma eniş etmək istəyən zaman güclü külək ona mane olub. Nəticədə təyyarə aeroportun kənarında yerə otura bilib. Uçuş zolağının kənarında təyyarənin şassiləri palçığa bataraq qalıb.
Təyyarə oradan çıxarılana qədər aeroport uçuşa bağlı elan olunub. Qəza zamanı təyyarədə olan 159 nəfərdən heç biri xəsarət almayıb. Sərnişinlər qumun üstündə təyyarədən düşürülüblər.
Milli.Az