Eksklüziv Audi - FOTO

1 Yanvar 2015 12:30
Alman şirkətinin model sırasına daxil olan bütün avtomobillər üzərində əlavələrlə tamamlama işləri aparmaqla məşğul olan Audi Exclusive xüsusi bölməsi modifikasiya edilmiş "qaynar" Audi RS6 Avant universalını rəsmi təqdim edib. Model unikal donuq rənq, yüngül lehimdən hazırlanmış qara təkər diskləri və karbon tərtibat əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, onsuz da heybətli avtomobil daha aqressiv və həm də cəlbedici olub. Bundan başqa Audi RS6 Avant by Audi Exclusive "qaynar" universalın salonu doğrudan da unikal tərtibat əldə edib.

Texniki baxımdan universal dəyişməyib. Başqa sözlə, "qaynar" idman avtomobili 560 a.g. və 700 Nm fırlanma anı hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərrikindən istifadə edir. Güc aqreqatı ilə birgə 8 pilləli Tiptronic transmissiyası və Quattro tam ötürmə sistemi çalışır.

Rəsmi açıqlamaya görə Audi RS6 Avant by Audi Exclusive yeganə nüsxədə hazırlanıb. Avtomobilin gələcək taleyi və mümkün qiyməti haqqında məlumat verilmir.

Milli.Az