Milli.Az 4charx.com-a istinadən bildirir ki, şəkillərdə təsvir edilən avtomobil keçən ay Quançjouda nümayiş etdirilmiş KX3 konseptinə çox bənzəyir. Əsas fərqlər duman əleyhinə fənərlərin formalarının müxtəlifliyində və əsas və arxa faraların tərtibatındadır.
Texniki cəhətdən bu avtomobil Hyundai ix25 ilə "qohum"dur. O Donfeng-Yueda-Kia birgə müəssisəsində iki 1,6 litrlik benzin mühərrikləri ilə buraxılacaq. Mühərriklərdən atmosfer versiyası 123 a.g. və 151 Nm, turbo variantı isə 200 a.g. və 264 Nm hasil edəcək.
Modelin Çin bazarında satışları martda başlayacaq.
Milli.Az