Nissan-ın dağa hücumu - VİDEO

1 Yanvar 2015 13:45
Bu yaxınlarda xüsusi bir tədbir çərçivəsində müxtəlif yarış komandalarının üzvləri yolun son dərəcə gözəl Mazda Turnpike hissəsini dəf etmək üçün Hakone dağına toplaşmışdılar.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mazda Turnpike rəsmən dağın döşündə balaca bir buraxılış məntəqəsindən başlayır və dolanbac yollarla zirvəyə doğru 8 km uzanır.

Bu trasda bir çox məşhur yapon yarışçı özünü sınayıb. Bu videonun qəhrəmanı isə özünün Toyo Tires R35 Nissan GT-R maşını ilə D1 GP seriyasından peşəkar yarışçı Kavabate Masatodur. Masatonun dediyinə görə onun GT-R avtomobili son dərəcə qorxunc Hakone körpüsünü beşinci ötürmədə tam sürətlə keçib. Video qurtardıqdan sonra aralı qalmış çənənizi yerinə qaytarmağı unutmayın.

Milli.Az



фото