Məhsulun bazara Microsoft-un Windows 10 əməliyyat sisteminin yeni versiyası ilə eyni vaxtda çıxarılacağı gözlənilir. Qeyd olunur ki, söhbət Internet Explorer brauzerinin sayca 12-ci versiyasından getmir. 12-ci versiya bazara korporasiyanın digər iki məhsulu ilə birlikdə çıxarılacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Spartan iki modifikasiyada - mobil telefonlar və fərdi kompüterlər üçün nəzərdə tutulacaq. Proqramın adı hələ ki işləkdir. Bir müddət sonra onun dəyişiləcəyi istisna edilmir.
Korporasiya yeni brauzerin təqdimatını yanvarın 21-də keçirməyi planlaşdırır. Lakin bu, brauzer üzərində işin sürətlə getməyəcəyi təqdirdə gec də baş tuta bilər, - Vesti yazır.
Milli.Az