İzzət Bağırov: "Buna heç vaxt pis reaksiya verməmişəm"
30 Dekabr 2014 13:40
Müğənni İzzət Bağırov "Hər şey daxil" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi onu parodiya edən yumor ustalarından danışıb:
"Məni ilk dəfə "Planeta Parni iz Baku" komandası parodiya etmişdi. Ondan sonra dəfələrlə "Bu şəhərdə" tərəfindən parodiya olunmuşam. Hətta parodiya edilməsəm də, hər konsertdə bir epizodda adım çəkilib. Buna heç vaxt pis reaksiya verməmişəm. Hər konsertə gedirəm. Getmədiyimin isə evdə diskinə baxıram. Coşqun və Rafaelin tamaşalarında hər səhnəcik bir mesajdır. Tamaşaçı buna gülür, amma düşünmür ki, bunlar öz başına gəlir. Bundan sonra 15-20 il də konsert versələr, onlar tamaşaçı toplaya biləcəklər. Rafaellə Coşqunun 60 yaşı da olsa, izləyici baxmağa gələcək".
Milli.Az