"Real"ın oyunçusu həmyerlisinə yol açır

30 Dekabr 2014 09:52

"Real" (Madrid) klubunun futbolçusu Luka Modriç Xorvatiya millisindəki komanda yoldaşı Mateo Kovaçiç haqda xoş sözləri deyib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına danışan Modriç Kovaçiçin "İnter"də yox, daha böyük komandada oynamalı olduğunu bildirib:
 

""Real"da məndən tez-tez Kovaçiç haqda soruşurlar. O, böyük istedaddır. Bəli, "İnter" böyük klubdur. Ancaq Kovaçiç daha böyük komandada oynamalıdır".
 

Qeyd edək ki, cari mövsüm "İnter"in heyətində 16 oyun keçirən 20 yaşlı futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az