"Virgin Atlantic" aviaşirkətinin London-Las-Veqas reysi ilə uçan Boeing 747 sərnişin təyyarəsi Londondakı Qetvik hava limanında təcili eniş edib.
Milli.Az Sky News-a istinadən bildirir ki, uçuş zamanı təyyarənin şassisində problemlər yarandığı üçün enişə qərar verilib.
VS43 reysi ilə uçan Boeing 747 təyyarəsinin baş pilotu laynerdəki yanacağı minimuma endirmək və enişi asanlaşdırmaq üçün 4 saat cənub-şərqi İngiltərə səmasında dövrə vurub.
447 sərnişin və 15 heyət üzvü olan "JumboJet" tipli təyyarə ciddi problem yaşanmadan limana enib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.