Tanınmış azərbaycanlı müğənni övladlarından danışdı: "Yalvarmışam ki, bu zibildən uzaq dursunlar"
29 Dekabr 2014 23:34
Müğənni Manaf Ağayev "Günəbaxan"da övladlarından söhbət açıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, hər zaman dürüstlüyü və mərdliyi ilə həmkarları arasında özünə yer etməyi bacaran Manaf, ailəsinə də eyni xüsusiyyətləri aşılamağa çalışır. Disiplin və qayda-qanuna riayət etməyi özünə borc bilən ifaçı övladları arasında münasibətlərini belə dilə gətirib:
"Ata ilə bala dost olmalıdır. Uşağı sıxmaq olmaz. Oğluma deyirəm ki, məndən yaxşı dost tapacaqsan? Cavan olanda ailəm evə gec gəldiyim üçün məni danlayırdı, indi övladlarım biraz gec gələndə özüm narahat olmağa başlayıram. Biz də cavan olmuşuq. Onlara həmişə deyirəm ki, nə olsun ki siz ağıllısınız? Bəlkə başqası pisdir? Oturduğunuz yerdə gəlib sizi işə salmasın. Nə qədər çayxanada oturmaq olar?
Bu yaşa çatıblar bir dəfə də olsun siqaret çəkməyiblər. Yalvarmışam ki, bu zibildən uzaq dursunlar. Çəkib ciyərlərini məhv eləməsinlər. Övladı sözlə döyməlisən ki, heç vaxt yadından çıxartmasın. Övladlarım hazırda subaydılar. Ailənin qədrini bilməlidirlər. Nə vaxta kimi Manaf qazanacaq?"
Milli.Az