Çoxdan idi onun göyərçinlərini "qaralamışdım". Hər dəfə yolumun üstündə, uşaq meydançasının yanında rəngbərəng göyərçinlərə baxanda onların sahibi ilə həmsöhbət olmağı düşünürdüm. Ancaq fürsət hər zaman ələ düşmür. Bu dəfə alındı. Ancaq demə, divara söykənib dən səpilən quşlara gözünü dikərək siqaret çəkən Ələsgər dayı sadəcə "azarkeş" imiş. Düzdür, özü də 50 il (!) quş saxlayıb, ancaq sonra bu hobbisinə nöqtə qoyub. Söhbətlə heç arası olmayan Ələsgər kişi: "Yaxşısı budur, sən Vitali ilə danış, onun təcrübəsi məndən çoxdur", - deyib sağollaşdı..."Mən onların dilini anlayıram, ac-susuz olduqlarını, nə zaman uçmaq istədiklərini də bilirəm..."