Qalmaqallı flm rekordları yenilədi

29 Dekabr 2014 23:18
Sony Pictures şirkətinin qalmaqallı The Interview ("Müsahibə") filmi cəmi dörd gün ərzində şirkətin ən uğurlu onlayn filminə çevrilib.

Dekabrın 24-də buraxılan film $15 milyondan (11,8 milyon AZN) artıq gəlir gətirib və dekabrın 27-dək iki milyondan çox adam onu endirib.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çen Ina qarşı uydurulmuş sui-qəsd barədə filmin buraxılışı ilk olaraq Sony tərəfindən dayandırılmışdı.

Şimali Koreya filmə görə qəzəblənmişdi və Sony Pictures filmlə bağlı haker hücumuna məruz qalmışdı.
 

Kinoteatrlara qarşı hücum təhdidlərinə görə Sony filmin buraxılışını dayandırdığını bəyan etmişdi.

Filmdə iki jurnalist Şimali Koreya lideri Kim Çen Indan müsahibə götürmək istəyir, lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilib, jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.
 

Şimali Koreya Sony şirkətinə haker hücumunun arxasında durduğu barədə bütün ittihamları rədd edib.
 

Milli.Az