Çində Gmail bağlandı

29 Dekabr 2014 20:48
Reuters agentliyi GreatFire.org hüquq müdafiə təşkilatına istinadən yazır ki, Çin hakimiyyəti ölkə ərazisində Google korporasiyasının Gmail poçt xidmətini bloklayıb.

"Mən düşünürəm ki, hökumət, sadəcə, Çində Google şirkətinin fəaliyyətini ləğv etmək üzrə işə davam edir", - GreatFire.org-un nümayəndəsi deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun fikrincə, belə addım istifadəçiləri başqa əlçatan poçt xidmətlərinə keçməyə məcbur edir. Çin hakimiyyəti də məhz bunu istəyir.

Bundan əvvəl Çində Instagram sosial şəbəkəsinə giriş bloklanıb. Həmçinin hökumət dövlət idarələrində Windows 8 əməliyyat sistemindən istifadəyə qadağa qoyub və daima Microsoft-un ofislərində axtarış keçirir.

Milli.Az