Kodak smartfonunu göstərəcək

29 Dekabr 2014 22:54
Dünyanın tanınmış fototexnika istehsalçısı Eastman Kodak mobil qurğular bazarına çıxır. İlk smartfon növbəti ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək CES 2015 sərgisində nümayiş etdiriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Kodak smartfon istehsalı açmağı planlaşdırmır. Qurğuların istehsalı ilə tərəfdaşı Bullitt Group şirkəti məşğul olacaq. İndi bu şirkət Kodak ilə birgə smartfon, planşet və kamera istehsal edəcəklər. Bullitt Mobile-in baş direktoru Oliver Şulte şirkətlərin planını açıqlayıb:

"Kodak dünyanın ən tanınmış brendlərindən biridir. Bu brend istehlakçıların etibarını qazanıb, yenilik və keyfiyyətinə görə qiymətləndirilir. Biz bu imkandan istifadə edərək cazibədar qurğular seriyası yaratmaq istəyirik".

Milli.Az