Kuba populyarlaşır

29 Dekabr 2014 21:05
Ötən həftə ABŞ prezidenti Barak Obama Kuba hökuməti ilə münasibətlərə yenidən baxmaq haqqında bəyanat verdikdən sonra istifadəçilər domen adları qeydiyyatçılarına ada dövlətin adı ilə bağlı domenləri qeydiyyatdan keçirmək üçün müraciət etməyə başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Verisign şirkətinin məlumatına görə, prezidentin bəyanatından sonra gün ərzində adında cuba sözünün olduğu 1,5 mindən çox domen .COM və .NET domenlərində qeydiyyatdan keçirilib.

Bundan başqa, Kuba paytaxtının adı ilə eynilik təşkil edən Havana sözünün yer aldığı 300-ə yaxın domen qeydiyyata alınıb. Həmçinin adada istehsal olunan ən populyar məhsul - siqarlar da kənarda qalmayıb. Belə ki, Verisign SendCubanCigars.com tipli domenlərə böyük marağın olmasını qeyd edir.

Kuba ilə bağlı domen adlarının sayına görə lider bir nəfər - 1998-ci ildən başlayaraq bu tematika ilə bağlı 2,5 min ada malik olan domen investoru və broker Rob Sekuindir. Qırx domen adında, o cümlədən HavanaJournal.com domenində ABŞ və Kuba arasında münasibətlərin mümkün bərpası ilə bağlı xəbər yayıldıqdan sonra istifadənin beş dəfə artdığı saytlar yerləşir.
 

Milli.Az