Bu qəzalarda itkin düşən və ölənlərin sayı 900 nəfərə yaxındır
2014-cü ildə təyyarə qəzalarında ən çox itkini Asiya regionu verib.
Anspress-in məlumatına görə, ümumiyyətlə, keçən ildə aviaqəzalarda bütün dünya üzrə itkin düşən və ölənlərin sayı 900 nəfərə yaxındır.
3 böyük qəza hava ilə əlaqədar olub, 2 təyyarə Şərqi Ukraynada vurulub, 1 qəzanı da texniki nasazlıqla əlaqələndiriblər.
İlk səs-küylü təyyarə qəzası fevralın 11-də baş verib. Əlcəzair hərbi-hava qüvvələrinə aid hərbi daşıyıcı Lockheed C-130 Hercules Tamanrassetdən Konstantin şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 78 hərbçi və şəxsi heyət olub. Onlardan bir nəfər qəzadan sağ çıxıb. Əlcəzair Müdafiə Nazirliyi qəzanı hava şəraiti ilə, bilavasitə Oum El-Bouaqi dağı ərazisində fırtına ilə əlaqələndirib.
8 mart tarixində Malayziya hava yollarına aid 370 reysi Kuala Lumpur- Pekin yolunda radarlarlardan itib. 239 sərnişin və şəxsi heyət olan təyyarədən bu günə kimi heç bir iz yoxdur. Axtarışlar 23 min mil ərazini əhatə edib.
14 iyun tarixində hərbçi və avadanlıq daşıyan Ukrayna hərbi-hava qüvvələrinə aid İlyuşin-II-76 təyyarəsi ölkənin şərqində Luqansk aeroportuna uçarkən zenit qurğusu ilə vurulub. Göyərtədə olan 49 nəfərin hamısı həyatını itirib.
23 iyulda Tayvanın daxili hava yollarına aid TransAsia Airways 222 reysi Kosyunq beynəlxalq hava limanından uçduqdan sonra, Penqu adasında olan güclü yağış və külək nəticəsində qəzaya uğrayıb. Göyərtədə olan 58 nəfərdən 10-u sağ qalıb. Aviasiya komissiyasının yekun qərarına əsasən, pilotlar 1-ci uğursuz enişdən sonra, 2-ci dəfə eniş zolağını görə bilməyiblər.
24 iyul Əlcəzair hava yollarının Air Algérie Flight 5017 reysi Burkina-Fasodan Əlcəzairə uçan zaman göydə parçalara bölünüb. Göyərtədə olan 118 nəfər həlak olub.
10 avqustda İrandaxili Sepaqan hava yollarına aid Tehrandan Tabasa uçan Sepahan Airlines Flight 5915 reysi uçuşdan dərhal sonra yerə düşür. 48 sərnişin və şəxsi heyyətdən 39-u həlak olur. Daha sonra İran rəsmiləri sağ qalanların yanğın nəticəsində öldüklərini bildirirlər. Faciənin səbəbi kimi mühərrikin nasazlığı göstərilib.