Hansı saytlar daha populyardır?

2 Yanvar 2011 11:46
"ComScore" analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib.
Mütəxəssislər bildirirlər ki, reytinqin lideri internet nəhəngi Google şirkətidir. Belə ki, "Google" axtarış sisteminin saytlarına son ay ərzində 987 milyon istifadəçi daxil olub.

"Microsoft" şirkəti reytinqdə ikinci pilləni tutub. Bu şirkətin saytlarına ay ərzində 874 milyon istifadəçi daxil olub.

"ComScore" şirkətinin məlumatına əsasən "Facebook" sosial şəbəkəsinə ay ərzində 659 milyon istifadəçi daxil olub. Bu göstərici ilə sosial şəbəkə reytinqdə üçüncü pillədə yerləşib.

Milli.Az