Terrorçular kənddə 30 nəfəri qırdılar

28 Dekabr 2014 09:23
"Boko Haram" qruplaşmasının yaraqlıları Kamerunda kəndə hücum ediblər, nəticədə ən azı 30 nəfər həlak olub.

Yaraqlılar Nigeriya ilə sərhədin bir neçə kilometrliyində, Kamerunun şimalındakı Mbalyuel (Mbaljuel) kəndinə hücum ediblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

DPA agentliyinin hakimiyyət nümayəndəsi Miyavu Bikariyə (Mijiyawa Bakary) istinadən verdiyi məlumata görə, hücumun qurbanları dinc əhali olub.

"Biz hələlik bütün məlumatlara malik deyilik, lakin diviziya zabitləri və güc strukturlarının nümayəndələri bizi məlumatlandırırlar", - Bikari agentliyinə bildirib.

Milli.Az