Bakıda ağır yol qəzası baş verib
APA-nın məlumatına görə, Suraxanı rayonunda "BMW" markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza zamanı "Ford"un sürücüsü Manafov Hüseyn Əbülfəz oğlunun ayaqları sınıb. O, hadisə yerinə çağırılan təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.