Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

26 Dekabr 2014 22:48
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda vətəndaşlara məxsus "BMW" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:56-da başa çatıb.

Milli.Az