Sürücülərin "Qələbə" dairəsi kimi tanıdığı, A.Salamzadə və H.Zərdabi küçələrinin kəsişdiyi dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dünəndən hərəkət sxemi əsaslı şəkildə dəyişdirilib. Avtosfer.az-ın əməkdaşı həmin dairədəki yeni hərəkət sxemini nəzərdən keçirərək fotoları diqqətinizə çatdırır. Düzdür, apardığımız müşahidələr göstərir ki, sürücülər, hələ ki, yeni sxemə məhəl qoymadan həmin dairədə əvvəlki qaydaya uyğun hərəkət edirlər.Dairədə hərəkət edən sürücülər diqqətli olsunlar, əks halda cərimə oluna bilərsiniz