Sahil metrosu yaxınlığında özbaşınalıq - FOTO

26 Dekabr 2014 15:52
Bakının Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində günün günorta çağı tıxaclar müşahidə olunur. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Fərid adlı oxucu məlumat verib.

Onun sözlərinə görə dekabrın 23-də vəziyyət daha da pis olub. Sürücülər ilk olaraq düşünüblər ki, yolda təmir işləri getdiyi üçün tıxac yaranıb. Xəqani parkından "Sahil" metrosuna gəlmək 50 dəqiqəyə başa gəlib. Sonradan məlum olub ki, əsas günahkarlar metronun qarşısında park edilmiş avtomobillərdir. Həmin avtomobillər yol hərəkətinin əks istiqamətində park edilmişdi. Heç bir tədbir görən də yox idi.

Məsələ ilə əlaqədar saytın əməkdaşı Bakı şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamağa çalışıb. Lakin dəfələrlə edilən zənglər cavabsız qalıb.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.