Satınalmalar davam edir

28 Dekabr 2014 22:46
Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin (Korea Trade-Investment Promotion Agency, KOTRA) məlumatına görə, 2013-cü ildə on iri informasiya texnologiyaları (İT) şirkəti 107 startup-ı (fəaliyyətə yeni başlayan şirkət) satın alıb. Ən çox alışı Yahoo! (22 sövdələşmə), Google (19) və Facebook (10) şirkətləri həyata keçirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda da startup-lara maraq var. Google 2014-cü ildə Divide (şirkətin əlavələri qurğularda şəxsi və iş informasiyasını bölməyə imkan verir), JetPac (şəhərlər üzrə sorğu kitabçalarının Instagram şəbəkəsində açıq informasiya əsasında inkişafı ilə məşğuldur) və Nest Labs şirkətlərini satın alıb. Sonuncu şirkət Google-un cari ildə həyata keçirdiyi ən böyük alışdır: innovativ ev texnikası (elektrik enerjisinə qənaətcil termostatlar, tüstü və karbon qazı cihazları) istehsal edən şirkətə görə internet nəhəngi 3,2 milyard dollar ödəyib.

Apple şirkəti də kənarda qalmayıb. Əvvəllər KİV-də ABŞ şirkəti tərəfindən satın alınan şirkətlər arasında işıqlandırılanlardan BookLamp kitab axtarışı servisini və Prss kitab nəşri üçün platformanı, eləcə də LuxVue az enerji sərf edən ekran istehsalçısını qeyd etmək olar. Başa çatan ildə Apple-ın ən böyük sövdələşməsi 3 milyard dollara satın aldığı Beats Electronics şirkəti olub. 2014-cü ilin sentyabrın sonunda başa çatmış ötən maliyyə ilində ABŞ istehsalçısı 29 müxtəlif səviyyəli şirkəti satın alıb.

Samsung Electronics bu il Selby mobil əlavələr tərtibatçısına, SmartThings Əşyalar interneti platforması istehsalçısına və PrinterOn bulud servisinə sahib çıxıb.

Milli.Az