Range Rover tam dəyişdi - FOTOSESSİYA

27 Dekabr 2014 21:55
Almaniyanın Lumma Design emalatxanası sonuncu, dördüncü nəsil Land Rover Range Rover yolsuzluq avtomobilini ilk tüninq edən şirkətdir. CLR R adlı ilk bodi-kit firma modelin dünya premyerasından dərhal sonra təqdim etmişdi. Sonradan bu layihə bir az daha işlənərək CLR SR səviyyəsinə qaldırıldı. İndi isə daha radikal tamamlama layihəsinin - CLR R GT Evo versiyasının hazırlanması başa çatmaqdadır. Yeni paket modelin xarici görkəmini onun seriya versiyasına nisbətən bütünlüklə dəyişdirib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Range Rover CLR R GT Evo iri hava çəpərləri olan tamamilə yeni ön bamper, mərkəzi spoyler və gündüz işıqdiod fənərləri əldə edib. Karbon kapot və 22 düymlük yüngül lehimli diskləri gizlədən geniş təkər tağları üzərində də iri havalanma dəlikləri açılıb. Arxa hissədə avtomobil damında spoyler, diffuzor və mərkəzdə üç ədəd iri xaricetmə borusu əldə edib.

Salonun şəkilləri hələlik dərc edilməyib, lakin orada alüminium pedalların, tam dəri tərtibatın və son dəbdə multimedia sisteminin yer alacağı bildirilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.