Nissan Juke-a çinli rəqib - FOTO

28 Dekabr 2014 21:34
SsangYong şirkəti İtaliyanın məşhur kurort şəhərinin şərəfinə adlandırdığı yeni yığcam Tivoli krossoverinin rəsmi təsvirlərini nümayiş etdirib. Yeni modelin rəsmi debütü 2015-ci ilin yanvarında nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, öz ölkəsində avtomobil gələn ilin ortalarından satışa çıxarılacaq. Onun əsas rəqibləri Nissan Juke, Peugeot 2008 və Renault Captur modelləridir. Brendin model sırasında avtomobil Korando-dan aşağıda yer alacaq.

Avtomobil yeddi təhlükəsizlik yastığı və məlumat-əyləncə sistemi üçün iri sensor displey əldə edib. Bundan əlavə, sürücü üçün iki zonalı klimat-kontrol və arxa görünüş kamerası da nəzərdə tutulub.

Maşının kapotu altında 1,6 litrlik dizel və benzin mühərrikləri yer alacaq. Mühərriklər SsangYong şirkətinin öz məhsullarıdır və əvvəllər heç yerdə təqdim edilməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.