Honda Legend-ə əl gəzdirildi - FOTO

27 Dekabr 2014 18:33
Honda şirkəti gələn ilin əvvəlində işə başlayacaq Tokyo Auto Salon 2015 sərgisinə hazırladığı bir neçə yeni avtomobili məxvilikdən çıxarıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, şou proqramıın ən maraqlı nümunəsi Cyber Concept N-Box Slash Code: 89 - bu yaxınlarda debüt etmiş N-Box Slash bazasında hazırlanmış fərdiləşdirilmiş key-kar hesab edilir. Əgər seriya subkompakt sedanın fərdiləşdirilməsi proqramı daha çox retro üslubdadırsa, bu maşın nəzərəçarpacaq dərəcədə futurist üslubda - "hi-tech" yönümlüdür. Dizayndakı elementlərin əksəriyyəti altıbucaqlı formadadır.

Bundan başqa, zavod tüninq emalatxanası Mugen Motorsports yeni Honda Legend flaqmanı, Grace hibrid sedanı və N-One key-karı üzərində tüninq əməliyyatı aparır. Eyni zamanda tüninq-şouda haqqında heç nə məlum olmayan hansısa altı nəfərlik hibrid də nümayiş etdiriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.