"Paslanmış" pikap - VİDEO - FOTO

26 Dekabr 2014 21:37
2000-ci ilin VW Beetle bazasında bu ret-rod eBay -də satışa çıxarılıb.

Orijinal VW Beetle tünerlər üçün tükənməz dərya olub və onlar bu modeldən istifadə edərək saysız-hesabsız fərdi layihələr işləyiblər. 1997-2011 -ci illərdə buraxılmış New Beetle özlüyündə o qədər populyar olmasa da qaydalardan istisna həmişə mümkündür. Elə bu maraqlı nüsxəyə baxın.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobili sadəcə pikapa çevirməklə qalmayan sahibi ona paslanmış maşın təsiri bağışlayan xüsusi rəng vurmaqla və damında yük yeri quraşdırmaqla kənd maşını görünüşü verməyə çalışıb.

Yalnız disklər sanki, dəyişilməyi tələb edir. Ənənəvi qalpaqlar bəlkə daha yaxşı görünərdi. Hazırda bu maşın üçün eBay-də ən yüksək qiymət 11 215 dollardır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото