"ASAN xidmət"dən möhtəşəm yenilik

25 Dekabr 2014 20:49
Azərbaycan vətəndaşları "Skype" ilə bağlı maraqlandıqları məsələlərə görə "ASAN xidmət" mərkəzlərinin mütəxəssislərinə müraciət edə bilərlər.

Xidmətdən Trend-ə deyiblər ki, "Skype" aparatları "ASAN xidmət"in bütün mərkəzlərində quraşdırılıb. İrad və təkliflərlə bağlı "Çağrı mərkəzi"nin işçilərinə edilən müraciətlər qeydə alınır və qiymətləndirmə və təhlil şöbəsinə göndərilir.
 

"Skype" aparatı telefon köşkü formasında hazırlanıb və sensorlu displeylə təchiz edilib. "Skype" telefon köşkündən internet üzrə zənglər portativ və ya planşet kompüterdən edilən zənglərə uyğun həyata keçirilir ki, bununla əlaqədar sensorlu idarəetmə çətinlik törətmir.

Milli.Az