TANAP üçün SCADA sisteminin yaradılması üzrə tenderin iştirakçıları açıqlandı

25 Dekabr 2014 18:11
Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsi üçün dispetçer idarəetmə və məlumatların toplanması (SCADA), eləcə də telekommunikasiya sistemlərinin yaradılması üzrə tenderdə iştirak edəcək şirkətlərin adları açıqlanıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, tenderdə ABB LIMITED, "Akkord Industry Construction - Cobra Group", "Alcatel Lucent Teletaş Telekomünikasyon A.Ş", "Havelsan A.Ş. - Milens Iletişim Inşaat A.Ş", "Honeywell A.Ş", "Otf Contracting Co. Ltd", "Prizma Grup - Thales Italia S.P.A", "Telvent Usa - Telvent Energia" və "Uskom Komünikasyon Sistemleri A.Ş - Siemens San. Tic. A.ş" şirkətləri iştirak edəcəklər.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

Layihənin dəyəri 10-11 milyard dollar həcmində qiymətləndirilir. Boru kəmərinin ilkin buraxılış qabiliyyətinin ildə 15 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir.

Milli.Az