Moskva-Bakı aviareysi gecikir
25 Dekabr 2014 15:15
Rusiya paytaxtında hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Moskva-Bakı aviareysi gecikir. Bunu Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən deyiblər.
QSC-dən qeyd ediblər ki, "Aeroflot"un təyyarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanına Bakı vaxtı ilə saat 15:00-da gələcəyi gözlənilirdi, lakin qarlı hava şəraitinə görə dövrə vuracaq: "Bununla əlaqədar saat 15:40-da Bakıya eniş edəcək. Qarlı hava şəraitində bu, adi haldır".
AZAL-dan bildiriblər ki, Rusiyadan uçuş cədvəlində hazırda digər dəyişiklik gözlənilmir.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, əlverişsiz hava şəraitinə görə Moskvanın 3 beynəlxalq aerportunda onlarla reys yubanıb. "Vnukovo"da 20, "Domodedov"da 77, "Şeremetev"də isə 10 reys gecikir. Sərnişinlər daha çox Sankt-Peterburq, İtaliya, Almaniya, Kipr, Avstriya istiqamətində uça bilmirlər.
Milli.Az