2015-ci ildə kommunal xidmətlərdə qiymət artımı olacaq?

24 Dekabr 2014 13:42
Əhalini düşündürən əsas suallardan biri də növbəti ildə kommunal xidmət sahəsində qiymət artımının olub-olmayacağıdır
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında narahatlıq üçün əsas olmadığını qeyd edib:

"2015-ci ilin dövlət büdcəsi təsdiq olunanda kommunal xərclərlə bağlı heç nə nəzərdə tutulmadı. Məndə olan məlumata görə, deyə bilərəm ki, 2015-ci ildə kommunal xidmət sahələrində qiymət artımı olmayacaq. Əgər belə bir dəyişiklik olacaqdısa, mütləq dövlət büdcəsində öz əksini tapardı".

Milli.Az