Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov institutun Elmi Şurasının ümumi iclasında deyib ki, "Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq" proqramı çərçivəsində Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqat aparılıb.Azərbaycan alimləri Talış dağlarının mineral suları ilə bağlı apardıqları tədqiqatın nəticələrini açıqlayıblar