"Doqquzluğ"a düşənlər
23 Dekabr 2014 14:00
Topaz Premyer Liqasının ilk yarısında 9 avtoqol qeydə alınıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmasa, baş tutan 70 matçda 8 futbolçu qapıları səhv salıb.
Belə ki, AZAL-ın futbolçusu Eltun Yaqublu digərlərindən fərqli, 1 deyil, 2 avtoqolun müəllifi olub. 9 avtoqol müəllifi arasında olan digərləri hərəyə 1 dəfə üzülüb.
Bu "doqquzluq"da AZAL-ın 3, "Sumqayıt", "Qarabağ", "Neftçi", "Simurq" və "Qəbələ"nin hərəsinin 1 üzvü var. "Təyyarəçilər" rekord sayda - 4 dəfə qapılarına qol vurublar.
"Xəzər Lənkəran" hamıdan çox - 3 dəfə rəqiblərinin avtoqoluna sevinib. "Simurq"la "Qarabağ" 2, "Neftçi" və "Qəbələ" 1 dəfə bu halla rastlaşıb.
XI turda daha çox - 2 avtoqol qeydə alınıbsa, XI-XIII turlarda AZAL ardıcıl 3 matçda belə uğursuzluqla üzləşib.
II tur
17 avqust (bazar)
"Simurq" - AZAL - 2:0
Tural Nərimanov, 15 (ö.q)
IV tur
31 avqust (bazar)
"Neftçi" - "Simurq" - 2:1
Karlos Kardoso, 54 (ö.q)
XI tur
02 noyabr (bazar)
"Xəzər Lənkəran" - "Simurq" - 2:1
Benjamin Lambot, 60 (ö.q)
"Neftçi" - AZAL - 4:0
Eltun Yaqublu, 10 (ö.q)
XII tur
20 noyabr (çərşənbə axşamı)
AZAL - "Qəbələ" - 3:3
Laşa Kasradze, 23 (ö.q)
XIII tur
23 noyabr (bazar)
"Qarabağ" - AZAL - 2:1
Eltun Yaqublu, 57 (ö.q)
XV tur
07 dekabr (bazar)
"Xəzər Lənkəran" - "Qəbələ" - 3:0
Ruslan Tağızadə, 32 (ö.q)
XVII tur
18 dekabr (cümə axşamı)
"Xəzər Lənkəran" - "Qarabağ" - 2:3
Qara Qarayev, 17 (ö.q)
XVIII tur
21 dekabr (bazar)
"Qarabağ" - "Sumqayıt" - 2:0
Vurğun Hüseynov, 56 (ö.q)
Milli.Az