Velosipedçilər üçün "ağıllı" şlem

23 Dekabr 2014 19:16
Volvo, Ericsson və idman avadanlıqları istehsalçısı ROS velosipedçilər üçün ağıllı şlem yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu şlem yolda avtomobil ilə toqquşmadan xilas olmağa imkan verir.

Şlemdə quraşdırılmış sensorlar yaxınlıqda olan Volvo Cars' City Safety System təhlükəsizlik sistemi və internet ilə təchiz edilmiş avtomobillərə yolda velosipedçinin olması haqda, velosipedçilərə isə yaxınlıqdan keçən maşınlar haqda xəbərdarlıq verməsinə imkan verir. Sistem hər iki nəqliyyat vasitəsinin trayektoriyasını hesablamağa və sürücüləri ehtimal edilən qəza haqda xəbərdar etməyə imkan verir.

Şirkətdən bildiriblər ki, avtomobil sürücüsü yaxında velosipedçinin olması ilə bağlı xəbərdarlıqla yanaşı, avtomobilin yerləşdiyi yer haqda məlumat alırlar. Velosipedçi avtomobil haqda məlumatı şlemdəki xüsusi kiçik lampa üzərindən alacaq. Yeni texnologiya Las-Veqasda keçiriləcək CES 2015 sərgisində nümayiş olunacaq.

Milli.Az