Başqa rəngli McLaren P1 - FOTO
23 Dekabr 2014 18:11
McLaren avtomobillərinin fərdiləşdirilməsi ilə məşğul olan şirkətin xüsusi bölməsi McLaren Special Operations (MSO) P1 superkarının fərdi sifarişlə İngiltərənin Gulf Racing avtomobil idmanı komandasının narıncı-mavi rəngləri ilə rənglənmiş xüsusi versiyasını hazırlayıb. Maşının sifarişçisi konsaltinq şirkətinin sahibi Maylz Nadaldır. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Gulf komandasının narıncı rəngləri ilə karbon aerodinamik elementlər (məsələn, ön splitter və yan ətəklər) və həmçinin interyerin bəzi detalları, o cümlədən mərkəzi konsolda dəyişdiricilər və sükanın "sıfır" vəziyyətinin göstəricisi rənglənib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.