Audi sirrini açdı - FOTO

23 Dekabr 2014 15:50
Alman avtonəhənginin Amerika bölməsi Audi USA 2015-ci model ili RS 5 Coupe Sport Edition kupenin xüsusi versiyasını məxvilikdən çıxarıb. Avtomobili Audi Exclusive bölməsinin mütəxəssisləri hazırlayıb və ondan cəmi 75 nüsxə buraxılacaq. Yeni eksklüziv modelin qiyməti 85 575 dollardır. Bu standart modelin qiymətindən 17 000 dollar çoxdur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksklüziv avtomobilin kuzovu unikal Dayton Gray və ya Nardo Gray rəngləri ilə rənglənəcək. Kupenin təchizatına qırmızı əyləc tutqacları, V-şəkilli orijinal 20 düymlük təkər diskləri və salonun qara-moruğu rəngdə Nappa dərisi ilə tərtibatı daxildir.

Xüsusi Audi RS 5 Coupe Sport Edition 2015 kupenin interyerində praktiki olaraq başqa bir dəyişiklik yoxdur. İdman dəri kürsülər, dəri üzlüklü sükan çarxı, moruğu rəngdə tikişlər və bir neçə xüsusi loqotip salonun fərdi dəyişikliklər proqramını tamamlayır.

Audi RS 5 Coupe Sport Edition 2015 kupenin xüsusi versiyası kapotu altında 450 a.g. və 429 Nm fırlanma anı hasil edən 4,2 litrlik V8 güc aqreqatı yer alıb. Standart model kimi xüsusi versiya da ilk "yüzlüyə" 4,5 saniyədə sürətlənir. Maksimal sürət 280 km/saat həddində elektron məhdudlaşdırılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.