Yeni italyan rodsteri - VİDEO - FOTO

23 Dekabr 2014 20:38
İtaliyanın Puritalia Automobili şirkəti anonsu ilk dəfə üç il əvvəl verilmiş "427" adlı rodsterin satış variantını təqdim ediblər. Sportkarın qapalı təqdimatı Milanda keçirilib. İstehsalçı tədbirdə sportkarı azseriyalı istehsala buraxmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Corriere Della Sera dərgisi yazır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dizaynı baxımından Shelby Cobra klassik sportkarını xatırladan rodsterin əsasında xrom və molibden əlavəli alüminium struktur dayanır. Kuzov panelləri kompozit materialdan hazırlanıb. Arxa ötürməli Puritalia modelinin çəkisi 1090 kiloqramdır.

Rodster iki variantda Ford istehsalı V8 mühərriki ilə təchiz edilib. Aqreqatın atmosfer versiyası 405, kompressorlu variantı isə 605 a.g. hasil edir. Sportkarda Brembo əyləc mexanizmi quraşdırılıb.

Yeni modelin satışları 2016-cı ildə başlayacaq. Hazırda Puritalia şirkəti rodster üçün artıq 35 sifariş qəbul edib. Avtomobilin qiyməti 180 min avrodur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkillərə klikləyin.

фото