Ərəb astronom üçün 4 Rolls-Royce - FOTO

23 Dekabr 2014 21:37
Rolls-Royce şirkəti dörd modeli üçün ərəb astronomu və riyaziyyatçısı İbn əl-Haysama və ən parlaq ulduzlardan biri hesab edilən Kanopusa həsr etdiyi xüsusi versiyanı təqdim edib. Britaniya şirkəti qeyd edib ki, İbn əl-Haysamın əsərləri "qərb təfəkkürünə təsir göstərib" və onların arasında Leonardo da Vinçi, Qalileo Qaliley və Rene Dekart kimi alimlər var.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Suhail Collection adlandırılan bu xüsusi versiya eyni zamanda bir neçə Rolls-Royce modeli - sedan və kupe Phantom, sedan Ghost və kupe Wraith - üçün nəzərdə tutulub. Xüsusi versiyanın əsas özəlliyi kuzovun gümüşü rəngidir və şirkət hesab edir ki, bu rəng ulduzun sayrışmasını xatırlatmalıdır.

Kanopus ulduzunun (onun digər adı "Suheyl"dir) rəmzi təsviri qabaq qanadın üzərinə şəkilib. Ulduz motivlərindən interyerdə də istifadə edilib. Suheyl ulduzu ağ kürsülərin üzərinə tikilib və açıq rəngli ağac ilə işlənmiş ön panelin üzərinə çəkilib.

İnteryerin tərtibatında istifadə edilən firuzəvi çalar Rolls-Royce şirkətində izah etdikləri kimi ulduzu görməyin mümkün olduğu zamanda səmanın rəngini əks etdirir. Bundan əlavə tavandakı "Ulduzlu səma" (Rolls-Royce -un Starlight Headliner adlı xüsusi opsiyası) Kiçik və Böyük Ayı bürcləri ilə tamamlanıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.