Bakıda bacısını öldürən oğlanın qonşusu: "Dedi ki, boğub öldürmüşəm" - YENİLƏNİB - VİDEO

23 Dekabr 2014 17:12

17:12

Bakıda qardaş bacısını boğaraq qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutublar. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib: "Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb".

Xəzər rayon Prokurorluğundan hadisənin məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədimova qeyri-rəsmi yaşadığı şəxsdən ayrıldıqdan sonra qardaşının evinə köçüb. Aralarında mübahisə düşən qardaş bacını boğaraq qətlə yetirib. Hadisəni törədən T. Qədimov könüllü olaraq polisə təslim olub.



---------
09:57

Bakıda 27 yaşlı qardaş 25 yaşlı bacısını dəsmalla boğaraq qətlə yetirib.
 

Xəzər Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də saat 12:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı, 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.

Hadisə ilə bağlı Tofiq Qədirov şübhəli şəxs qismində tutulub.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

---------
17:12

Videonu izləmək üçün şəkillərə klikləyin.

 

Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.