Dəhşətli kadrlar: 55 nəfəri "kafir" adlandırıb güllələdilər - VİDEO - FOTO

22 Dekabr 2014 09:50

Nigeriyada fəaliyyət göstərən "Boko Haram" terror qruplaşması dinc sakinlərin edamının videogörüntülərini yayıb.
 

Milli.Az BNO News-a istinadən bildirir ki, 11 dəqiqəlik video terrorçuların sentyabrda ələ keçirdikləri Bama şəhərində çəkilib. Yataqxanalardan birinin binasında 55 nəfəri güllələyən "Boko Haram" mənsublarının dediklərinə görə, "bu adamlar əsl mömin olmadıqlarına və "Boko Haram"a birləşmək istəmədiklərinə görə cəzalanıblar".
 

Videoçəkilişin çox pis keyfiyyətdə olması edam edilənlərin dəqiq sayını müəyyənləşdirməyə imkan verməsə də, "Boko Haram" 55 nəfərin güllələndiyini bəyan edib.
 

Güllələnmədən sonra "Boko Haram"ın 16-17 yaşı olduğu təxmin edilən üzvü kameraya baxaraq deyib: "Əsirləri saxlamaq, yedirtmək niyyətində deyilik. Onları öldürəcəyik. Bu, bizim işimizdir. Kafirlərlə eyni torpaqda yaşaya bilmərik".
 

Dekabrın 14-də "Boko Haram" Qumsuri kəndində hücum zamanı ən azı 185 qadınla uşağı girov götürüb, 32 nəfəri güllələyib. Bundan sonra terrorçular kənddəki evlərə od vurublar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото