ABŞ hədələndi: "Ağ Ev havaya uçurulacaq" - FOTO

22 Dekabr 2014 11:09

ABŞ-ın "Sony Pictures" telekorporasiyasının çəkdiyi "The Interview" filmi kinoteatrlarda nümayiş olunacaq. Korporasiyanın vəkili Devid Boyes belə deyib.
 

Şimali Koreyanın lideri, diktator Kim Çen Ina sui-qəsddən bəhs edən komediyanın premyerası bir qədər əvvəl Birləşmiş Ştatlar ərazisində teraktlar təhdidi ilə bağlı təxirə salınmışdı.
 

Hakerlər "Sony Pictures"in serverinə hücum etmiş, yüz minlərlə dosyeni oğurlamış, sonra da "Film kinoteatrlarda nümayiş olunarsa, kinoteatrlarda partlayışlar olacaq" ultimatumunu yaymışdılar.
 

ABŞ prezidenti Barak Obamanın dediyinə görə, bu addımların arxasında Şimali Koreya durur.
 

Obama onu da vurğulayıb ki, hakerlərin aksiyasına görə Şimali Koreya terrorizmə sponsorluq edən ölkələrin "qara siyahı"sına qaytarıla bilər.

Bu arada Şimali Koreya Xalq-Demokratik Respublikasının KCNA dövlət informasiya agentliyi filmlə bağlı açıqlama yayıb.
 

"Biabırçı, əxlaqsız filmin çəkilişlərinin arxasında ABŞ-ın hakimiyyət dairələrinin durduğu barədə danılmaz faktlarımız var. ABŞ-ın bizə qarşı hücumları davam edərsə, Ağ Ev havaya uçurulacaq", - diktaturanın açıqlamasında deyilir.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.