Bakıda polisə məhəl qoymayan sürücü qəza törətdi - YENİLƏNİB - VİDEO

22 Dekabr 2014 15:25
Gecə Bakının Xətai rayonunda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Yusif Səfərov küçəsindən üzü Babək prospektinə doğru hərəkət edən "Daewoo" markalı maşınla "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub. Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə zamanı "Toyota"nın sürücüsü xəsarət aldığından ona hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Hadisənin necə baş verməsinə gəlincə isə, qəzadan əvvəl "Daewoo"nun sürücüsü yol polisinin saxlama əmrinə riayət etməyərək yolunu davam etdirib. Bu zamanı isə "Daewoo"nun qarşısına Babək prospektindəki yol ötürücüsünün altında yerləşən dairəyə qaydaları pozaraq əks istiqamətlə daxil olan "Toyota" çıxıb. Elə bu zaman da avtoqəza qeydə alınıb.

"Daewoo"nun sürücüsü Elgün Məmmədov qəza zamanı içkili olduğunu etiraf edib və qarşısına çıxdığı üçün digər avtomobili vurduğunu deyib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerində araşdırma aparılandan sonra avtomobillər cərimə meydançasına aparılıb.

Sürücülərin izahatları alınandan və təyin edilən avtotexniki ekspertizanın rəyi məlum olandan sonra qəzaya hüquqi qiymət veriləcək.

Milli.Az

-----------
15:25

Videonu izləmək üçün şəkilə klikləyin.

Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.