Yeni, təkmillləşdirilmiş ZTE Star 2 smartfonu

20 Dekabr 2014 19:37
Çinin ZTE Star 2 şirkəti yeni qabaqcıl smartfonunu nümayiş etdirib. İstehsalçı əsas diqqəti intellektual səsli idarəetmə sisteminə cəmləyib.

ZTE Star 2 modeli yüksəksəviyyəli aparat komponentləri ilə təchiz edilib: 2.3 GHz takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 prosessoru, dördüncü nəsil Sony ötürücüsü və ikiqat işıq diodu fotoişıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik matrisli ön fotomodul, 2 Gb əməli və 16 Gb daxili fləş yaddaşla təchiz olunub. MicroSD çıxarılıb taxılan daşıyıcıları üçün slot var.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonda ekranın diaqonalının ölçüsü 5 düym təşkil edir, ekranın təsvir ölçüsü 1920x1080 pikseldir (Full HD). Alüminium haşiyə, şüşəli arxa panel və kifayət qədər nazik korpus (6,9 mm) qurğuya bahalı görkəm imici verir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. İstehsalçı qurğunun avtonom iş müddətini açıqlamayıb.

Elan edilmiş smartfon Android 4.4 KitKat əməliyyat sistemi ilə işləyir. Bir çox funksiyalar (kameranı idarəetmə, zəng, naviqasiya və başqa) səsli komandaların köməyi ilə icra edilir.

Qurğunun qiyməti təxminən 400 dollar təşkil edəcək.

Milli.Az