Audi ən sürətli hetçbeki göstərdi - FOTO

19 Dekabr 2014 22:22
"Audi" şirkəti yeni nəsil "yüklənmiş" hetçbek "RS3 Sportback"-i təqdim etdi. Yeniliyin ictimai debütü Cenevrə avtosalonunda keçiriləcək. Avtomobil satışa 2015-ci ilin yazında çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, "RS3 Sportback" şəklidəyişmiş qabaq bamper, fərqli radiator barmaqlığı, böyük palçıq qoruyucular, aşağı salınmış hərəkət işığı zolağı və qara cilalı diffuzoru olan yeni arxa bamper əldə etdi. Bundan başqa, avtomobil ikili qazçıxma sistemi və 19 düymlük yüngül lehimli təkər diskləri ilə fərqlənir. 

Avtomobilin salonu Nappa dərisi ilə işlənib. Hetçbek idman oturacaqları, yeni sükan və paslanmayan poladdan alüminium pedallar əldə etdi. Avtomobilin kapotunun altında 2,5 litrlik benzin mühərriki quraşdırılır. Mühərrikin gücü 367 a.g. və 465 Nm fırlanma anı təşkil edir.

Bu seriya hetçbeklərinə quraşdırılmış ən güclü mühərrikdir. Güc qurğusu yeddipilləli S tronic sürət qutusu və Quattro tam ötürücü sistemi ilə birgə işləyir. "RS3 Sportback" alman markasının ən sürətli hetçbeki oldu. Yeniliyin maksimal sürəti - 250 km/saatdır. Avtomobil ilk "yüzə" 4,3 saniyəyə sürət yığır. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.