Nazir qəbulun vaxtını dəyişdirdi
18 Dekabr 2014 20:35
Hacıqabulda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən dekabrın 19-da Hacıqabulda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Milli.Az