Elmlər doktoru "Şərəf" ordeni aldı

18 Dekabr 2014 19:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.Ş. Mehdiyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Milli.Az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət oğlu Mehdiyev "Şərəf" ordeni ilə təltif edilsin".

Milli.Az